Ermənilər Azərbaycana qarşı rutul kartından da istfadə edirlər, saxta ideoloji baza yaradıblar...

Dərc edildi:

1824-cü il Şəki əyalətinin kameral siyahıyaalınmasında Şəki əyalətinin Şin və Filfili kəndlərinin bütün əhalisinin, Daşağıl kəndində isə 60 ailənin ləzgilərdən ibarət olduğu göstərilib və qeyd edilib ki, onlar Şəki xanı Məhəmmədhəsən xan tərəfindən Dağıstandan, yaxud Qubadan köçürülüblər, onlara dağ keçidlərini qorumaq vəzifəsi tapşırılıb, vergilərdən və töycülərdən azaddırlar.

Ötən əsrin 30-ci illərində Dağıstanın Borç kəndinin əhalisi kütləvi şəkildə Azərbaycanın Nuxa və Qax rayonlarında məskunlaşmağa başladı. Həmin əsrin 70-ci illərində isə Borç kəndinin yerdə qalan əhalisi Dağıstanın şimalındakı Babayurt rayonunun Yeni Borç kəndinə köçürüldü, – bu barədə Borç kəndinin rəsmi saytında məlumat verilir. O cümlədən ötən əsrin 70-ci illərində Dağıstanın Axtı rayonunun Xnov kəndindən də Şəki rayonuna böyük köç başladı. Köçün səbəbi bu idi ki, həmin kəndlər dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşdiyindən, qış düşən kimi, yollar bağlanır, ətraf aləmdən tədric olur və s.


Dağıstanda boş qalmış Borç kəndindən bir mənzərə.

Dağıstandan ləzgi və rutulların yalnız yaxın keçmişdə Şəki rayonu ərazisinə köçməsi təkzibolunmaz faktlarla sübut olunsa da, erməni KİV-də müntəzəm olaraq çıxış edən, elmi məqalələr dərc etdirən rutul ictimai-siyasi fəalları, rutul alimləri, indi Şəkinin bütün mədəni tarixinə, hətta Kiş kilsəsinə belə iddialıdır. Guya, Kiş kəndi, Kiş kəndindəki abidələr də rutul abidələri imiş. Guya Şəki şəhəri də rutul şəhəridir, guya Şəki rayonunun yerli əhalisi rutullar imiş. Azərbaycana qarşı ittihamlar irəli sürülür ki, guya Azərbaycan ərazisində yaşayan rutulların etnik mənsubiyyəti gizlədilir, guya siyahıyaalmada rutullar etnik mənsubiyyətlərinə uyğun qeydə alınmırlar. Amma üstüörtülü də olsa bir kəlmə belə deyə bilmirlər ki, niyə Dağıstanın rutul kəndləri hesab olunan Xnov, Yeni Borç kəndlərində bir nəfər belə rutul kimi qeydə alınmayıb? Çünki bilirlər ki, Xnov və Yeni Borç kəndlərinin əhalisi özlərini rutul yox, ləzgi hesab edirlər. Necə ki Rusiyada, eləcə də Azərbaycanda, əslən Xnov və Borç kəndindən olanlar siyahıyaalmalarda ləzgi kimi qeydə alınır. Məsələn, Şəki rayonunda 7 min nəfərdən çox ləzgi qeydə alınmışdır ki, bunların demək olar ki hamısı Xnov və Borç kəndlərindən köçənlər və onların törəmələridir.

1952-ci ilə qədər Azərbaycandakı kimi Dağıstanda da rutullar azrəbaycan dilində təhsil alıblar. Rutul rayonunda azərbaycan dilində «Qızıl Çoban» qəzeti çap olunurdu. Yəni yaxın keçmişdə bütün rutullar azərbaycan dilini bilib və azərbaycan dilində təhsil alıb. İndiyədək Azərbaycanlılarla rutullar arasında heç bir qarşıdurma olmayıb, etnik münaqişə baş verməyib; yalnız bir 150-200 il əvvəl Oxut kənd icması ilə Xnov kənd icması arasında müharibə olmuşdu. Amma bu etnik müharibə deyildi, kəndlər arası müharibə idi.

Hal-hazırda rutullar adından Azərbaycana qarşı iddialar yayanlar və sərsəm iddiaları dərc etdirənlər, ermənilərdir. Məqsəd azərbaycanlılarla rutullar arasında ənənəvi dostluğu pozmaq, etnik zəmində qarşıdurma yaratmaqdır.

Dərc edən:

 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2018, ASIS PRODUCTION.

© 2007 - 2018, IPEKCHI.INFO.