Hadi Rəcəbli Şəki ipək kombinatı işçilərinin əmək hüquqlarının müdafiəsinə qalxdı

Dərc edildi:


Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli iş otağında.

Şəki İpək kombinatının əmək kollektivi adından Azərbaycan Respublikasının Milli Məclisinə müraciətə ilk olaraq Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəblinin münasibətini öyrənmək mümkün olundu.

Bu gün bazar günü olmasına baxmayaraq, Hadi Rəcəbli iş yerində idi və telefon zəngimizə birbaşa şəxsən özü cavab verdi. Şəki ipək kombinatının əmək kollektivinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciəti ilə bağlı olaraq bildirdi ki, burada işçilərin əmək hüquqlarının kütləvi şəkildə pozulması və kütləvi saxtakarlıq hallları açıq-aşkar hiss edilir. Məsələnin araşdırılması üçün müraciəti prokurorluğa yönəltmək fikrindədir. Hesab edir ki,

1. Problem Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına uyğun şəkildə həll olunmalıdır.
2. Cənab prezident İlham Əliyevin tələb və tövsiyyələrinin əksinə olaraq iş yerlərinin kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir, ixtisara düşən hər bir işçi qısa bir müddərt ərzində münasib işlə təmin olunmalıdır.

Dərc edən:

 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2018, ASIS PRODUCTION.

© 2007 - 2018, IPEKCHI.INFO.