BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Avropa İttifaqının dəstəyi ilə Şəkidə ikigünlük təlim başladıb

Dərc edildi:
Şərhlər 0

12 noyabr tarixində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Avropa İttifaqının dəstəyi ilə Şəkidəki «Marxal» hotelində “BMT-nin insan hüquqlarının müdafiəsi mexanizmlərindən istifadə etməklə vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünasların insan hüquqlarının monitorinqi, qiymətləndirilməsi və hesabatlılıq sahəsindəki bilik və bacarıqlarının artırılması” mövzusunda iki günlük təlimə start verilib.

Təlimin məqsədi vətəndaş cəmiyyəti nümayəndələrinin və hüquqşünasların BMT-nin insan hüquqları sistemi və mexanizmləri, eləcə də insan hüquqlarının monitorinqi və qiymətləndirilməsi sahəsində sahib olduqları mövcud bilik və məlumatın artırılmasına töhfə verməkdir.

Bugünki yığıncaqda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri Aydın Səfixanlı təlim iştirakçılarına ilk olaraq, BMT-nin insan hüquqları mexanizmləri, BMT-nin əsas insan hüquqları müqavilələri, BMT-nin Komitələri və Xüsusi Prosedurlar haqqında ümumi məlumat vermişdir.


Tədbir iştirakçıları fasilə zamanı, çay-kofe süfrəsi arxasında.

Dərc edən:

Şərhlər

Bu yazı barədə hələlik, heç bir şərh yazılmayıb

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2018, ASIS PRODUCTION.

© 2007 - 2018, IPEKCHI.INFO.