Kamran Nəbizadənin Şəki ipək kombinatı ilə bağlı Hadi Rəcəbliyə məktubu

Dərc edildi:
Şərhlər 0

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİ
TƏBİİ EHTİYATLAREKOLOGİYA KOMİTƏSİ

№ 011/14-13                                                               20 noyabr 2018-ci il

Azərbaycan Respublikasının Milli Məclisi
Əmək və Sosial siyasət Komitəsinin sədri
cənab Hadi Rəcəbliyə

Hörmətli Hadi müəllim.

18 oktyabr 2018-ci il 011/13-580 saylı məktubunuza cavab olaraq məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli,  1704 saylı Fərmanının icrasının təmin edilməsi məqsədilə «Şəki-İpək»  ASC-nin əmlakları «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin mülkiyyətinə götürülmüşdür.

«Azərbaycan Sənaye Korporasiyası» ASC ipəkçiliyin sürətlənməsi və tam gücü ilə işləməsini təmin etmək məqsədi ilə ipək istehsalını Cəmiyyətin  törəmə müəssisəsi olan «Azəripək» Məhdud Məsuliyyətli Müəssisəsinin vasitəsi ilə həyata keçirir.

Vətəndaş Aydın Məmmədovun məktubunda qeyd edildiyi kimi müəssisənin işçiləri mərhələli şəkildə «Şəki İpək» MMC-də işdən azad edilərək yeni yaradılan müəssisədə («Azəripək» MMC) işə qəbul edilirlər.

«Azəripək» MMC-nin ştat üzrə işçi sayı 689 nəfər təşkil edir. İstehsal prosesinin mərhələli şəkildə aparılmasını nəzərə alaraq hal-hazırda müəssisədə 356 nəfər daimi işlə təmin olunmuş və əlavə 333 vakansiya mövcuddur. Bunlardan 129 nəfər toxucu,  38 nəfər boyaq-bəzək istehsalatının, 37 nəfər  burucu  sexinin və payına düşür. Lakin qeyd edilən istehsalatlardakı və sexdəki avadanlıqların köhnə olması və bazar tələbatına uyğun məhsul istehsal etmək mümkün olmadığı üçün onların fəaliyyəti rentabelli olmadığına görə müvəqqəti dayandirılmışdır.  Bunun nəticəsi olaraq həmin istehsalatlarda və sexdə çalışan işçilər tələbata uyğun olaraq müəssisənin digər fəaliyyət sahələrinə cəlb olunurlar.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na əsasən barama tədarükünün 500 tondan 6000 tona çatdırılması fermerlərin sayının artmağı ilə bərabər ipəkçilik sənayesi sahəsində çalışan işçilərin sayının da artmağına şərait yaradacaq. Nəticədə həm kümçülərin sayında, həm də müəssisənin daimi işçilərinin sayında nəzərəçarpacaq artım olacaqdır.

Diqqətinizə çatdırıram ki, işə qəbul prosesləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun həyata keçirilir. 

Hörmətlə,  

komitənin sədr müavini, Kamran Nəbizadə.


Məktubun əsli.

Dərc edən:

Şərhlər

Bu yazı barədə hələlik, heç bir şərh yazılmayıb

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2018, ASIS PRODUCTION.

© 2007 - 2018, IPEKCHI.INFO.